Siyəzən və Tərtər sakinlərindən silah götürüldübackend

Siyəzən və Tərtər sakinlərindən silah götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

İnterpress.az