Siyəzəndəki dəhşətli qəzanın DETALLARIbackend

Siyəzəndəki dəhşətli qəzanın DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə baş verən dəhşətli qəzanın detalları məlum olub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da Siyəzən-Məşrif avtomobil yolunun 4-cü km-də rayonun Məşrif kəndi istiqamətində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Siyəzən rayonunun Eynibulaq kəndində yaşayan Abbasov Əhəd Balamirzə oğlu idarə etdiyi “Opel Zafira” markalı avtomobil ilə hərəkətdə olarkən yolun hərəkət hissəsində iri buynuzlu heyvanı vurub, daha sonra idarə etməni itirərək yolun əks istiqaməti ilə Siyəzən şəhəri istiqamətində hərəkətdə olan 1982-ci il təvəllüdlü Eynibulaq kəndində yaşayan Mehralıyev Şahmar Eyvaz oğlunun idarə etdiyi “Mercedes C” markalı avtomobil ilə toqquşub.

Nəticədə Əhəd Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Quliyev Cəmil Famil oğlu və “Mercedes C” markalı avtomobilin sürücüsü Şahmar Mehralıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.