Sloveniyanın şimal, mərkəzi, şərq və qərb bölgələrində təsirli olan seldə həyatını itirənlərin sayı 6-ya yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kişi meyiti ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndi ərazisindən keçən Temenica çayında tapılıb.
Cəsədin dünən sel işləri zamanı foseptik çəninə düşərək yoxa çıxan 35 yaşlı şəxsə məxsus olduğu açıqlanıb.
Sloveniya polisi cümə günü baş verən daşqın nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb.
Sloveniyanın Ətraf Mühit Agentliyi də leysan yağışlar səbəbindən “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.
Sloveniyanın baş naziri Robert Qolob bəyan edib ki, daşqının ölkədə vurduğu ziyan 500 milyon avronu keçə bilər.