Soçi görüşündən gözlənilən NƏTİCƏ: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”backend

Soçi görüşündən gözlənilən NƏTİCƏ: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçi görüşü münaqişə tərəflərinin razılıq əsasında işlərə başlanılmasına təkan verəcək”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçiriləcək görüşünü dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Soçi görüşündə Zəngəzur dəhlizi məsələsi də həllini tapacaq:

“Avropa İttifaqı iki tərəf arasındakı gərginliyi birdəfəlik aradan qaldıra bilməz. Həmçinin tərəflər arasındakı problemləri həll edə bilməz. Görüşdən qabaq Ermənistanınx Baş Naziri Nikol Paşinyan çıxış edərək bir neçə məqamlara toxundu. Bunlardan önəmlisi Azərbaycanla uzlaşmaq fikrinin olmasıdır. 16 noyabr səhərisi Vladimir Putin bəyan elədi ki, 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək lazımdır. İki tərəf arasındakı məsələlər Rusiyanının vasitəsilə  həll oluna bilər.

Soçi görüşü münaqişə tərəflərinin razılıq əsasında işlərə başlanılmasına təkan verəcək.  Hesab edirəm ki, bu görüşdə delimitasiya və demarkasiya məsələsi üzrə komissiya yaradılacaq, atəşkəs bəyanatının müddəalarının yerinə yetirilməsi üçün vacib qərarlar veriləcək. Artıq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Paşinyan çıxışında bildirdi ki, hələ 1991-ci ildə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. 1991-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsi Ermənistan işğalı altında deyildi. Deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qələmə verməyə məcburdur.

Soçi görüşündə Zəngəzur dəhlizi məsələsi də müzakirə predmenti olacaq. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birbaşa əlaqə saxlaya biləcək. Buna heç şübhə olmasın. Həmçinin Ermənistan Azərbaycanla münasibətləri yumşaltdıqdan sonra Türkiyə ilə də diplomatiya başlayacaq”.

Gülşən