Solovyovun çıxışları prokurorluğu AYAĞA QALDIRDI: “Rossiya-1” YOXLANILIR – VİDEObackend

Solovyovun çıxışları prokurorluğu AYAĞA QALDIRDI: “Rossiya-1” YOXLANILIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roskomnadzor “Rossiya-1” kanalında Vladimir Solovyovun Viktoriya Bonyanı təhqir etməsi ilə bağlı araşdırmalara başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.

Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (Roskomnadzor) tamaşaçılardan birinin müraciəti əsasında “Rossiya-1” telekanalında araşdırma aparacaq.

Müraciətdə aparıcı Vladimir Solovyovun “Voskresnıy veçer” (Bazar axşamı) proqramında Viktoriya Bonyanın ünvanına səsləndirdiyi “köhnəlmiş fahişə” və “köhnəlmiş məxluq” kimi təhqiramiz ifadələrin yolverilməz olduğu qeyd edilib.

Sözügedən proqramın 12+ yaş kateqoriyasına malik olması vəziyyəti daha da ciddi edir.

Qurumdan bildirilib ki, şikayət artıq icraata götürülüb. Bununla yanaşı, “Solovyov Live” telekanalı da yoxlanılacaq.

Şikayətçi həmçinin vurğulayıb ki, Solovyovun Bonyanı təhqir etdiyi səhər şousunda heç bir yaş məhdudiyyəti nişanı yoxdur.

Nəzarət orqanı kanalın “Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” qanunu pozub-pozmadığını müəyyən edəcək.

Xuraman Etibarlı

İnterpress.az