Şolts: “G7 ölkələri iqlim klubu yaradıb”backend

Şolts: “G7 ölkələri iqlim klubu yaradıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Yeddilik” ölkələri (G7) iqlim klubu yaradıb”.

Bunu Almaniya kansleri Olaf Şolts Berlində G7 liderlərinin videokonfrans formatında keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Bugünkü müzakirənin ikinci vacib məqamı iqlim klubu ilə bağlıdır”, – o deyib.

Almaniya kansleri əlavə edib ki, Ukraynadakı mövcud vəziyyət və onun nəticələri xüsusi narahatlıq doğursa da, G7 ölkələri iqlim dəyişikliyi ilə mübarizə kimi digər qlobal çağırışları da diqqətdən kənarda qoymur.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Beynəlxalq Enerji Agentliyi ilə birlikdə iqlim klubu katibliyini təsis edəcək.