Somali hökuməti “Tiktok”, “Telegram” və “1XBET”i qadağan edirbackend

Somali hökuməti “Tiktok”, “Telegram” və “1XBET”i qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalinin Rabitə və Texnologiyalar Nazirliyi sosial media platformaları olan “Tiktok”, “Telegram” və mərc saytı “1XBET”i qadağan etmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirliyin təşkil etdiyi “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”ndan sonra alınan qərar çərçivəsində ölkədə “Tiktok”, “Telegram” və mərc saytı “1XBET”in qadağan edilməsi əmri verilib.

Bildirilib ki, konfransda Somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan “Tiktok”, “Telegram” və mərc saytı “1XBET” platformalarının bağlanmasının vacib olduğu qərara alınıb.

Gənclərin və qadınların çoxluq təşkil etdiyi bu platformaların “əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi” də vurğulanıb və bu ifadələrə yer verilib:

“Milli Telekommunikasiya Qanununun 64 və 65-ci maddələrini həyata keçirmək üçün Rabitə və Texnologiya Nazirliyi həyat tərzinə təsir edən və pis məlumatların artmasına səbəb olan rabitə və internet vasitələrindən istifadə edərkən Somali cəmiyyətinin mənəvi davranışını qorumaq üçün çalışır”.