SON DƏQİQƏ: Xırdalanda dəhşətli yanğın – şəhərin işıqları kəsildibackend

SON DƏQİQƏ: Xırdalanda dəhşətli yanğın – şəhərin işıqları kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb.

Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13.58

“Azərişıq” ASC-nin Xırdalan şəhərində yerləşən yarımstansiyasında yanğın baş verib.

Baş verən hadisə səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda müəssisənin mütəxəssisləri tərəfindən elektrik enerjisinin bərpası istiqamətində zəruri işlər aparılır.

Bərpa işlərinin günün sonuna tamamlanmayacağı istisna edilmir.