SON DƏQİQƏ: Yasamalda yanğın – xəsarət alanlar varbackend

SON DƏQİQƏ: Yasamalda yanğın – xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.