“Steam Controller”i evdə çap etmək MÜMKÜNDÜR: “Valve”dən GÖZLƏNİLMƏZ ADDIM – FOTObackend

“Steam Controller”i evdə çap etmək MÜMKÜNDÜR: “Valve”dən GÖZLƏNİLMƏZ ADDIM – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3D printerlə geympad istehsalı mümkünləşib.

İnterpress.az xəbər verir ki, bu barədə “Valve” məlumat yayıb.

Oyun dünyasında yenilikçi addım atan “Valve” şirkəti öz yeni oyun nəzarətçisinin (geympad) 3D modelini açıq şəkildə istifadəyə verib.

İndi istənilən maraqlı şəxs bu cihazı öz ev şəraitində 3D printer vasitəsilə hazırlaya bilər.

“GitHub” platformasında yerləşdirilən materiallar sırasına geympad və qəbuledicinin (reliver) STL və STP formatlı “CAD” faylları, eləcə də ölçülər və texniki məhdudiyyətləri göstərən mühəndis cizgiləri daxildir.

Bu təşəbbüs oyunçulara öz zövqlərinə və ehtiyaclarına uyğun olaraq oyun kontrollerlərini modifikasiya etmək və ya fərdiləşdirmək imkanı yaradır.

Xuraman Etibarlı

İnterpress.az