NATO Ukraynaya hərbi personal göndərmək niyyətində deyil.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur. Keçən həftə Ukrayna hökumət nümayəndələri ilə görüşəndə onlar da bunu istəmədilər”, – o deyib.