Sudan çıxan balina qayığa çırpılaraq onu AŞIRDI – VİDEObackend

Sudan çıxan balina qayığa çırpılaraq onu AŞIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suyun dərinliklərindən çıxan balina bütün kütləsi ilə qayığa çırpılaraq onu aşırıb. 

interpress.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bildirilir ki, ABŞ-nin Nyu-Hempşir ştatında Portsmut yaxınlığında sudan çıxan balina qayığı kapitanı ilə birlikdə aşırıb.

Yayımlanan kadrlarda suyun altından nəhəng dəniz məməlisi çıxır və onun demək olar ki, bütün kütləsi göyərtəsində bir nəfərin olduğu qayığa düşür.

Qayıq sınmayıb, lakin toqquşma nəticəsində ağır əyilib və qayığın kapitan dənizə tullana bilib.

Hadisə başqa bir qayıqda olan kameradan bu yerdə balıq tutarkən lentə alınıb.

Telekanalın məlumatına görə, suda qalan şəxsin xilas edilib-edilmədiyi məlum deyil.

 

Xuraman Etibarlı

İnterpress.az