Sudan Efiopiya ilə sərhədi bağlayıbbackend

Sudan Efiopiya ilə sərhədi bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanın təhlükəsizlik səbəbi ilə ölkənin cənub-şərqində Efiopiya ilə Qallabat sərhəd-keçid məntəqəsini bağladığı bildirilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aljazeera televiziyasının hökumət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Xartum hökuməti Efiopiyanın Qondar bölgəsində baş verən qarşıdurma və şiddət səbəbiylə Qallabat sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Sudan, sərhəddəki təhlükəsizlik pozuntuları səbəbiylə Efiopiya ilə yaşanan gərginlikdən sonra 26 iyun 2022-ci ildə bağladığı Qəllabat sərhəd keçid məntəqəsini 3 həftə sonra yenidən açıb.