Sudan hava məkanını bağlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının avqustun 15-dək uzadıldığını açıqlayıb.
Aprelin ortalarında ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən vətəndaş müharibəsindən sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.