Sumqayıtda 53 yaşlı qadının meyiti aşkarlanıb.
İnterpress.az məlumat verir ki, hadisə 14-cü məhəllədə qeydə alınıb.
1971-ci il təvəllüdlü Naibə Məhəmməd qızı Quliyevanın meyiti kirayə yaşadığı mənzildə aşkar olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır./Report