Sumqayıtda “Azərenerji”nin işçisini elektrik cərəyanı vuraraq öldürübbackend

Sumqayıtda “Azərenerji”nin işçisini elektrik cərəyanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bədbəxt hadisə olub.

İnterpress.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Sənan Ağa oğlu transformatorda təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

S.Ağayevin “Azərenerji”nin işçisi olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az