Ötən gün sosial şəbəkələrdə Sumqayıtda azyaşlı qardaşların itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat əsassızdır:
“Sumqayıtda polis idarəsinə sözügedən azyaşlı qardaşların oğurlanması və ya itkin düşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Belə bir hadisə baş verməyib”.