Sumqayıtda iki məktəbin şagirdləri 100 % nəticə göstərərək tələbə adını qazanıblarbackend

Sumqayıtda iki məktəbin şagirdləri 100 % nəticə göstərərək tələbə adını qazanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyin şagirdləri 100 % nəticə göstərərək tələbə adını qazanıblar.

İnterpress.az xəbər verir ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanı 55 şagird bitirib.Onlardan 51-i Azərbaycanın,4-ü isə xarici ölkələrin universitetlərinə qəbul olub.

Məzunlardan 10-u qızıl,2-i isə gümüş medalla məktəbi bitirib. Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyi isə 54 şagird bitirib.Onlardan 42-i Azərbaycan,12-i isə xarici ölkələrin universitetlərində təhsillərini davam etdirəcəklər.

İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 3 sinfinin,Təfəkkür liseyinin isə 2 sinfinin şagirdləri qəbul imtahanında 100 % nəticə əldə ediblər.

Ümumilikdə isə Abşeron-Xızı Regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 172 şagird 600-dən,37 şagird isə 650-dən yuxarı bal toplayıb