Sumqayıtda onlarla gənc Mədəniyyət Mərkəzinin qarşısına niyə yığışıb?backend

Sumqayıtda onlarla gənc Mədəniyyət Mərkəzinin qarşısına niyə yığışıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda onlarla gəncin şəhərin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin qarşısına yığışması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı oxu.az-ın redaksiyasına informasiya daxil olub.

Mədəniyyət Mərkəzinin qarşısına toplaşan valideynlərin oxu.az-ın müxbirinə dediklərindən məlum olur ki, səhər saatlarında Mənzil Kommunal və Texniki Xidmət Sahəsindən evlərə zəng edilərək, övladlarının hərbi biletlə Mərkəzin qarşısına gəlməli olduqları bildirilib.

Mədəniyyət Mərkəzinin qarşısında Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gəliblər.

Müxbirinn suallarını cavablandıran nümayəndələrdən biri toplanışın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirildiyini və təlim məqsədi daşıdığını bildirib.

İnterpress.az