FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində 19-cu binada baş verən partlayış hadisəsi ilə bağlı Sumqayıt Operativ məlumat Xidməti hadisə yerinə cəlb olunub.
Bunu İnterpress.az-a FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib.
O qeyd edib ki, hadisə yerinə FHN-in Xüsusi Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub:
“İndiyədək 3 nəfər dağıntılar arasından çıxarılaraq xilas edilib, həmin şəxslər aidiyyati üzrə təhvil verilib. Əməliyyat-axtarış işləri davam etdirilir”.
Onun sözlərinə görə görə, dağıntılar arasında qalanların olması ehtimal olunur, axtarışlar davaç etdirilir.