Suriya ordusunun Baş qərargah binasına zərbə endirmə ANI – VİDEObackend

Suriya ordusunun Baş qərargah binasına zərbə endirmə ANI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Canlı: Dəməşqdə Suriya Müdafiə Nazirliyinin bina kompleksinə hücum edilib.

İnterpress.az xəbər verir ki, İsrailin Suriya ordusunun baş qərargahına endirdiyi zərbənin videosu canlı yayımlanıb

Cümə axşamı İsrail ordusu Dəməşqdə Suriya ordusunun baş qərargahının binasına ikinci hava hücumu edib. Hücum anı yerli telekanal tərəfindən videoya çəkilib.

Məlumata grə, iyulun 16-da İsrail Müdafiə Qüvvələri Dəməşq ərazisində Suriyanın baş qərargah binası kompleksinə hücum edib.

Mətbuat xidməti əlavə edib ki, baş qərargaha zərbələr Suriyanın cənubunda İsrail dövləti tərəfindən müdafiə olunan yerli druz dağlılarının iştirakı ilə toqquşmaların getdiyi eskalasiya fonunda həyata keçirilib.

Xuraman Etibarlı

İnterpress.az