Suriya və Pakistan hərbi əməkdaşlığı GENİŞLƏNDİRİRbackend

Suriya və Pakistan hərbi əməkdaşlığı GENİŞLƏNDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya və Pakistan hərbi əməkdaşlığı genişləndirir.

İnterpress.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb. Tərəflər aviasiya potensialının inkişafı və kadr hazırlığını müzakirə edib.

Suriya müdafiə naziri Əbu Kəsra Dəməşqdə Pakistanın ölkədəki səfiri Afzal ilə görüş keçirib. Danışıqlar zamanı hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi məsələləri gündəmdə olub.

Tərəflər xüsusilə aviasiya potensialının inkişafı, həmçinin hərbi kadrların hazırlanması və ixtisasartırma proqramlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bildirilir ki, bu istiqamətdə atılacaq addımlar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Xuraman Etibarlı

İnterpress.az