Suriyanın Əs-Suveyda şəhərində komendant saatı TƏTBİQ EDİLDİ – FOTObackend

Suriyanın Əs-Suveyda şəhərində komendant saatı TƏTBİQ EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı toqquşmaların baş verdiyi Suriyanın Əs-Suveyda şəhərində komendant saatı tətbiq edilib.

İnterpress.az xəbər verir ki, bu barədə eyniadlı əl-Dəlati vilayətinin daxili təhlükəsizlik komandiri məlumat verib.

O, sakinləri asayişi bərpa etmək və təhlükəsizliyi təmin etmək üçün Daxili İşlər Nazirliyi və ordu qüvvələrinin şəhərə gətiriləcəyini bildirərək, növbəti xəbərdarlığa qədər evlərində qalmağa çağırıb.

Eyni zamanda, Suriya Müdafiə Nazirliyi silahlı qrupların şəhərin kənarında təqibinin davam etdiyini bildirib.

Şöbə həmçinin vətəndaşları bu qrupların üzvlərinin hər hansı hərəkəti ilə bağlı məlumat verməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az