Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.
İnterpress.az xəbər verir ki, toplantıda TDT-nin Baş katibi, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Görüşdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik, kadr hazırlığı, ortaq dini-mədəni irsin qorunması, məzhəblərarası və konfessiyalararası dialoqun inkişafı, dini radikalizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunur.
Toplantının yekununda tərəflərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur./apa









