Süveyş kanalında qəza: neft tankerləri toqquşubbackend

Süveyş kanalında qəza: neft tankerləri toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ticarətinin ən mühüm tranzit məntəqələrindən biri olan Süveyş kanalında neft tankeri qapalı vəziyyətdə qalmış mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə çırpılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aralıq dənizini Qırmızı dənizə birləşdirən və dünya ticarətinin mühüm tranzit nöqtələrindən biri olan Misirin Süveyş kanalında mayeləşdirilmiş təbii qaz (LNG) ilə yüklənmiş Sinqapur bayraqlı “BW Lesmes” tankeri yerli vaxtla saat 21.35 radələrində quruya çırpılıb.

Kanalda hərəkət edən Kayman adaları bayraqlı “Burri” neft tankeri qapalı vəziyyətdə qalmış tankerə dəyib.

BW Lesmes tankerinin bağlı olduğu şirkətdən verilən açıqlamada tankerdə heç bir ziyan olmadığı, saat 03.30 radələrində tankerin yenidən suya salındığı və ekipajın təhlükəsiz olduğu bildirilib.

Bildirilib ki, tanker ətraflı müayinə olunmaq üçün lövbər bölgəsinə aparılıb.

Neft tankeri ərazidən çıxarılarkən, gəmi hərəkəti normal şəkildə davam edib.

Digər tərəfdən, 2021-ci ildə Süveyş kanalında “Ever Given” adlı nəhəng konteyner gəmisinin quruya qalması nəticəsində hər iki istiqamətdə nəqliyyat 6 gün müddətində dayandırıldı və qlobal ticarət dayandırılıb.