Süveyş kanalında tankerlər toqquşubbackend

Süveyş kanalında tankerlər toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süveyş kanalında 2 tanker toqquşub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Toqquşma nəticəsində gəminin hərəkətinə təsir göstərmədiyi açıqlanıb.

Sinqapur bayraqlı tanker BW Lesmes və Kayman adaları bayraqlı Burri tankerinin Süveyş kanalında yüngülcə toqquşduğu açıqlanıb.

Toqquşmadan sonra gəmilərin hərəkətə keçdiyi və BW Lesmes adlı gəminin kanalın lövbər sahəsinə aparılacağı bildirilib.

Səlahiyyətlilər toqquşma səbəbindən kanalda gəmilərin hərəkətində heç bir aksama olmadığını bildirib.

Dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir.

2021-ci ildə konteyner gəmisi Ever Given kanalda ilişib və dəniz nəqliyyatı 6 gün müddətinə dayandırılıb.