Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerə hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerə qarşı hücum cəhdi olub.
Hadisə zamanı mavi idman kostyumunda olan təcavüzkar qubernatora yaxınlaşaraq ona hücum etməyə çalışıb.
Lakin qubernatoru mühafizə edən təhlükəsizlik əməkdaşları çevik davranaraq hücum edən şəxsi saxlayıb və təhlükənin qarşısını alıblar.
Xuraman Etibarlı
İnterpress.az






