Noyabrın 26-na keçən gecə Syerra-Leonedə hərbi kazarmada naməlum şəxslərin həyata keçirdiyi hücumda 19 nəfər həyatını itirib. Hərbi sözçüsü İssa Banqura, 13 əsgər və bir polis məmuru olmaqla, 19 nəfərin öldüyünü bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ölkənin paytaxtı Freetown’daki Wilberforce hərbi kışlasındakı silah anbarında 8 adamın yaralandığı açıqlandı.
Hücumla əlaqədar 3 şübhəlinin tutulduğunu ifadə edən Banqura bildirib ki, hazırda vəzifədə olan və təqaüddə olan əsgərlər də daxil olmaqla, hücumda iştirak edən hər kəsi tutmaq üçün əməliyyatlara başlanıb.
Noyabrın 26-na keçən gecə Fritaundakı Wilberforce hərbi kazarmasındakı silah anbarına naməlum şəxslərin hücumu zamanı bölgədəki həbsxanadan çox sayda məhbus qaçıb. Hücumla əlaqədar ölkə daxilində qismən komendant saatı elan edilib.
Sierra Leone prezidenti Julius Maada Bio, hücumla bağlı xalqa müraciətində ölkədə sakitliyin bərpa olunduğunu və hücumun liderlərinin çoxunun tutulduğunu açıqlayıb.