Tailand BRICS-in tərəfdaş ölkəsi olmaq dəvətini QƏBUL ETDİbackend

Tailand BRICS-in tərəfdaş ölkəsi olmaq dəvətini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayland BRICS-in tərəfdaş ölkəsi olmaq dəvətini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Tailand Rusiyanın BRİCS-in tərəfdaş ölkəsi olmaq dəvətini qəbul edib ki, bu da gələcəkdə qrupa tamhüquqlu üzv kimi qoşulmaq yolunda böyük addımdır.

“Oktyabrın 31-də Tailand BRİCS-in 2024-cü ildə sədri olan Rusiyadan BRİCS-in tərəfdaş ölkəsi olmaq üçün rəsmi dəvət alıb.

Dekabrın 24-də Tailandın buna müsbət cavab verməsi qərara alınıb. Tailand BRICS-ə tərəfdaş ölkə kimi qoşulmağa razılıq verib.

Bu, Tailandın gələcəkdə BRİCS-ə tamhüquqlu üzv kimi qoşulması üçün bu yolda atılan ilk addımdır”, – Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalanqkun deyib.

Xuraman Etibarlı

İnterpress.az