“Taliban“ bir sıra dövlətə dəvət göndərdibackend

“Taliban“ bir sıra dövlətə dəvət göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın yeni hökumətinin elan edilməsində iştirak etmək üçün bir sıra ölkələrə dəvət göndərilib.

Yenisabah.az “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu barədə “Taliban”dakı mənbələr məlumat yayıb.

Radikal qrupun yeni Əfqanıstan hökumətinin elan ediləcəyi günə qatılmaq üçün Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətərə dəvət göndərdiyi açıqlanıb.

İndiyə qədər “Taliban” hökuməti üzvlərinin adları rəsmi olaraq bildirilməyib.