Taliban dünənki terror aktında 14 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını ETİRAF ETDİbackend

Taliban dünənki terror aktında 14 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını ETİRAF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Əfqanıstanın Daykundi şəhərində törədilən terror aktında 14 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını etiraf edib.

İnterpress.az xəbər verir ki, bununla bağlı Taliban sözçüsü Zabihullah Mücahid başsağlığı verib və pisləyib.

Sentyabrın 12-də şiə mülki şəxslərin atəşə tutulmasına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Yerli medianın məlumatına görə, hücum yerli sakinlər İraqın Kərbəla şəhərindən qayıdan zəvvarları qarşılamağa gedən zaman baş verib.

Daykundi əyaləti Əfqanıstanın mərkəzində yerləşir. Əhalinin üstünlük təşkil edən hissəsini şiə həzaralar təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az