“Taliban”ın Yeni il təbriki əfqanlar tərəfindən birmənalı qarşılanmadı – FOTObackend

“Taliban”ın Yeni il təbriki əfqanlar tərəfindən birmənalı qarşılanmadı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hərəkatı Yeni illə əlaqədar ölkə vətəndaşlarına təbrik ünvanlayıb.

Təbrik mətnində Quranın “Ər-Rəhman” surəsindən bir ayə paylaşılıb.

Yeni il təbriki “Taliban” sözçüsünün müavini İnamullah Samanqaninin “Twitter” səhifəsində dərc edilib.

Lakin “Taliban” tərəfindən yayılan təbrik əfqanlar tərəfindən birmənalı qarşılanmayıb.

Bir çoxları paylaşıma şərh yazaraq Yeni il təbrikini “küfr”( Dinsizlik, allahsızlıq, ehkamlarından uzaqlaşma, sapma – red.) kimi qiymətləndirib.