Taliban İranın dəvətini rədd etdi: “Gəlməyəcəyik!”backend

Taliban İranın dəvətini rədd etdi: “Gəlməyəcəyik!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər.

Bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.

Məlumatına görə, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:

“Əfqanıstan İslam Əmirliyi” (Taliban tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq “.

Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin – İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.

Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.