Tallində azərbaycanlı rəssamın sərgisi açıldıbackend

Tallində azərbaycanlı rəssamın sərgisi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tallin Müəllimlər Evində azərbaycanlı rəssam Rövşən Nurun (Quliyev) “Yay” adlı rəsm sərgisinin açılışı olub.

İnterpress.az xəbər verir ki, məlumat “bublik.delfi.ee” internet dərgisində nəşr olunub.

Qeyd olunur ki, Rövşən Nur 15  il Estoniyada yaşayıb və Tallin şəhərinin mənzərələri, Estoniya təbiəti ona çox yaxındır.

Sərgidə 30 rəsm əsəri nümayiş olunur.

Sərgi 20 oktyabr 2020-ci il tarixinədək sənətsevərlərin üzünə açıqdır.

 

 

İnterpress.az