Tanınmış rusiyalı alim Ural dağlarında vəhşicəsinə döyüldükdən sonra ÖLÜB – VİDEObackend

Tanınmış rusiyalı alim Ural dağlarında vəhşicəsinə döyüldükdən sonra ÖLÜB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uralda amansızlıqla döyülən Rusiya Elmlər Akademiyasının alimi Nikita Zezin vəfat edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Ural bölgəsində amansızcasına döyülən Rusiya Elmlər Akademiyasının (REA) tanınmış alimi Nikita Zezin müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 67 yaşlı alim iyulun 22-də yerləşdirildiyi palatada can verib.

İlkin məlumata görə, N.Zezin institutun təcrübə tarlalarının yaxınlığında kvadrosikllə gəzərkən ilişib qalan uşaqları görüb. Alim uşaqların valideynləri ilə əlaqə saxlayıb və onları UAZ-da instituta aparmaq üçün razılaşıb.

İnstitut binasının qarşısında onları bir neçə nəfər qarşılayıb. Həmin şəxslərdən biri uşaqlardan birinin atası olub və qəzəblənərək qəfildən alimə hücum çəkib, ona ağır bədən xəsarətləri yetirib.

Rəsmi olaraq alimin ölüm səbəbi infarkt göstərilsə də, onun yaxınları və həmkarları bu qəfil ölümü birbaşa aldığı ağır travmalarla əlaqələndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz