Tarqovıda restoranda insident: administrator müştəriləri HƏDƏLƏDİbackend

Tarqovıda restoranda insident: administrator müştəriləri HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Tarqovı” adlanan ərazisin yerləşən “Araz Kafe”də administratorla müştərilər arasında insident yaşanıb.

Bu barədə İnterpress.az-a bir qrup müştəri məlumat verib.

Qeyd edilib ki, mübahisəyə səbəb restoranda müştərilərə laqeyd münasibətlərin sərgilənməsi, xidmətlərin zəifliyi, ictimai iaşə müəssisəsində antisanitariya şəraitinin hökm sürməsi və s. olub.

Belə ki, qeyd edin çatışmazlıqlarla bağlı öz narazılıqlarını bildirən müştərilər restoranın administratoru tərəfindən təzyiqlərlə üzləşiblər.

Administrator müştərilərə hədə-qorxu gələrək kimə istəyirsiz şikayət edin, mən heç kimdən qorxmuram deyib.

O, hətta qida təhlükəsizliyi və digər məsələlərlə bağlı pulunu verib razılıq aldığını da etiraf etməkdən çəkinməyib.

Qeyd edək ki, sözügedən kafenin sabiq deputat Hadi Rəcəbliyə bağlılığı ilə tanındığı deyilir.

Eyni zamanda, kafenin Rasim adlı şəxs tərəfindən işlədildiyi bildirilir. Qeyd edilir ki, Rasimin müştərilərlə hədə-qorxu ilə danışmasının səbəbi isə onun kriminal aləmə yaxınlığı ilə əlaqədardır.