TƏBİB sədri “Amrahbank”ın keçmiş direktorunun müavininə yüksək vəzifə verdi – FOTO – ÖZƏLbackend

TƏBİB sədri “Amrahbank”ın keçmiş direktorunun müavininə yüksək vəzifə verdi – FOTO – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor müavini təyin edilib.

İnterpress.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, direktorun inzibati işlər üzrə müavini vəzifəsinə Mahir İbrahimov təyin olunub.

O, bu təyinatdan əvvəl Tərtər Rayon Mərkəzi Xəstəxanasında – Dəstək xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, İbrahimov Mahir Rza oğlu 1979-cu ildə Tərtər rayonun Sarov kəndində anadan olub.

1996-2000-ci illərdə Mingəçevir Politexnik İnstitutunda- İqtisadçı ixtisası üzrə təhsil alıb. 2005-2006-cı illərdə “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”-da Regional Kordinator vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Tərtər rayon Gənclər və İdman İdarəsində Aparıcı məsləhətçi vəzifəsində çalışıb. Eyni zamanda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərib.

2008-2010-cu illərdə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı”da kredit mütəxəssisi-əməliyyatçı vəzifəsində çalışıb.

2010-2013-cü illərdə “Acsesbank”da aparıcı mütəxəssis işəlyib.

2013-2020-ci ildə “Amrahbank”da direktorun müavini vəzifəsində çalışıb.