Tehran İsraillə mümkün müharibəyə hazırlıq üçün Moskvadan qabaqcıl hava hücumundan müdafiə sistemləri istəyib.
interpress.az xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, İran İsraillə mümkün müharibəyə hazırlaşarkən Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri istəyib, çatdırılma artıq başlayıb.
“Hərbi planlaşdırma ilə tanış olan, biri İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olan iki İran rəsmisi İranın bu tələbi irəli sürdüyünü təsdiqləyib və Rusiyanın qabaqcıl radar və hava hücumundan müdafiə sistemlərini tədarük etməyə başladığını bildirib.
Qeyd edək ki, Tehran uzun müddətdir ki, S-400 almağa çalışır”, – nəşr bildirib.
Xuraman Etibarlı
İnterpress.az