Ağır qəzaya düşən Aytən Səfərovanın qabırğaları qırılıb – YENİLƏNİBbackend

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşdü – Ölən və xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Olay.az-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

“Səhhəti belə də. Qabırğaları qırılıb”.

***

10:50

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı təsdiqləyib.

“Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.