Rusiyada bakalavr pilləsini bitirənlərin magistraturaya fərqli ixtisas üzrə qəbulu qadağan edilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.
Rusiyada magistratura pilləsinə qəbul qaydalarında ciddi dəyişikliklər nəzərdə tutulur.
Yeni təklifə görə, abituriyentlər yalnız bakalavriatda təhsil aldıqları ixtisas üzrə magistraturaya qəbul ola biləcəklər.
Dövlət Dumasının deputatları hesab edirlər ki, iki il müddətində magistraturada kifayət qədər dərin biliklərə yiyələnmək mümkün deyil.
Məhz bu səbəbdən, yeni qayda tətbiq olunarsa, magistratura pilləsindəki ixtisas profili mütləq şəkildə əvvəlki təhsil pilləsi ilə əlaqəli olmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






