Moskvada federal telekanalın keçmiş əməkdaşı uşaq pornoqrafiyası yaydığı üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada federal telekanallardan birinin sabiq əməkdaşı pedofiliya və uşaq pornoqrafiyasının yayılması ilə bağlı ittihamlarla saxlanılıb.
Məlumata görə, 24 yaşlı İvan A. 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədər olan dövrdə telefonunda pedofiliya materialları toplayıb, saxlayıb və hətta onları başqaları ilə yazışmalarda paylaşıb.
Paytaxtın İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işində İvan A.-nın törətdiyi iddia edilən 40-a yaxın cinayət epizodu aşkarlanıb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şübhəli artıq günahını etiraf edib və onun barəsində pornoqrafiyanın yayılması faktı üzrə cinayət işi başlanılıb.
Maraqlı bir detal da odur ki, İvan A. bir müddət əvvəl Biryulyovo-Vostoçnı rayonunda özünü namizəd kimi göstərərək bələdiyyə deputatı olmağa çalışıb, lakin onun siyasi karyerası uğursuzluqla nəticələnib.
Xuraman Etibarlı
İnterpress.az






