Rusiyada terror aktı hazırlayan şəxslər bomba yığan zaman partlayış baş verib və iki mənzil dağılıb.
İnterpress.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Ukrayna və Belarus vətəndaşları Xantı-Mansiyskdə rus hərbçisinə qarşı terror aktı hazırlayırmış.
Ukrayna agentləri bomba yığan zaman o, partlayıb və iki mənzil dağılıb. Terror aktını hazırlayanlar da daxil olmaqla 5 nəfər yaralı olaraq xəstəxanaya çatdırılıb.
Departamentdən bildirilib ki, partlayıcı maddələr üçün komponentlər gətirən Moldova vətəndaşı da saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az