Terrorçuların “qaçış yeri” KİLSƏ OLDU: Quş-Etsionda qanlı TOQQUŞMA – VİDEObackend

Terrorçuların “qaçış yeri” KİLSƏ OLDU: Quş-Etsionda qanlı TOQQUŞMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quş-Etsionda terrorçuların kilsəyə sığınması toqquşmalara səbəb olub

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Quş-Etsion bölgəsində dini icmalar arasında kütləvi qarşıdurma qeydə alınıb. Hadisə iki terrorçunun İsrail avtomobillərinə “Molotov kokteyli” ataraq, ardından isə yerli kilsəyə sığınması nəticəsində yaşanıb.

Məlumata görə, ötən axşam Əl-Xader qovşağında baş verən hücumda xəsarət alan olmayıb.

Terrorçuları təqib edən SAXAL qüvvələri onların sığındığı kilsəyə yaxınlaşıblar. Həmin vaxt kilsənin içərisində xristianların “Müqəddəs Georgi” (Sent-Corc) bayramı qeyd olunurdu.

İsrail hərbçiləri əməliyyat çərçivəsində kilsənin ərazisinə daxil olmamağa üstünlük veriblər. Lakin hadisə yerində terrorçular, kilsədə olan xristianlar və kəndin müsəlman sakinləri arasında qanlı toqquşmalar başlayıb.

SAXAL qüvvələri vəziyyəti daha da gərginləşdirməmək üçün ərazidən uzaqlaşıb. Hazırda terrorçuların azadlıqda olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az