Təzyiq dərmanlarının beyinə gözlənilməz – Təsiribackend

Təzyiq dərmanlarının beyinə gözlənilməz – Təsiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təzyiqi salmaq üçün içilən dərmanlar, xüsusən APF ingibitorlar beyinə fərqli təsir edir. Bu təsir barədə bu günə qədər informasiya yox idi.

İnterpress.az bakupost-a istinadən xəbər verir ki, Minnesota Universitetinin alimləri yeni elmi araşdırmalarında bu təsiri açıqlayıb.

Onlar hesab edir ki, gələcəkdə bu dərmanlar opiod analgetikləri əvəz edə bilər.

Çünki onların beyində endogen opiatlarım təsirini artırdığı məlum olub.

Bu neyromediatorlar güclü ağrıkəsici təsirə malikdir.

Yeni elmi kəşf APF ingibitorlarının köməyi ilə yeni nəsil ağrıkəsicilər hazırlamağa imkan verəcək.

Güclü analgetik olan fentanili əvəz etmək üçün təzyiq dərmanları ən təhlükəsiz yoldur.

Bu elmi araşdırma təzyiq dərmanlarının xəstələrə ağrıkəsici təsir etdiyini və onları sakitləşdirdiyini də sübut edib.