“The Economist”: AB-nin husilərlə mübarizə missiyası uğursuz oldubackend

“The Economist”: AB-nin husilərlə mübarizə missiyası uğursuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilər Avropa ölkələrinin Qırmızı dənizdə dəniz üstünlüyü iddialarını məhv etdilər və onların son hücumları Aİ-nin zəifliyini üzə çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” yazır.

Nəşrin məlumatına görə, Aİ-nin Qırmızı dəniz, Hind okeanı və Fars körfəzində Aspides “sırf müdafiə missiyası” həyata keçirməsinə baxmayaraq, onların qüvvələri bu əraziləri qorumaq üçün yetərli deyil.

Xüsusilə, Avropa İttifaqının husilərin hücumları nəticəsində iyulun əvvəlində batan “Magic Seas” və “Eternity C” yük daşıyıcılarının təhlükəsizliyini təmin edə bilmədiyi vurğulanır.

Nəşrin məlumatına görə, 2023-cü ilin oktyabr ayından regionda tranzit daşımaların həcmi 60% azalıb.

Mənbənin sözlərinə görə, bu uğursuzluqların səbəbləri gəmi çatışmazlığı və Avropa Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi proqramlarının az maliyyələşdirilməsidir.

Fevralın 19-da Aİ ölkələri Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün Aİ-nin Aspides (Qalxanlar) missiyasının yaradılmasını təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az