Sunak parlament seçkilərində sarsıdıcı məğlubiyyət alacaq.
interpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Savanta-nın sorğusuna əsasən, Britaniyanın hakim Mühafizəkarlar Partiyası parlamentdəki çoxluğunu (365 yer) itirmək riski ilə üzləşir və cəmi 53 yeri qoruyub saxlayır.
Öz növbəsində müxalif Leyboristlər Partiyası mandatların sayını 202-dən 516-ya yüksəldəcək və bununla da mütləq səs çoxluğu əldə edəcək.
Bu, başqa partiyalarla koalisiya olmadan hökumət qurmaq üçün kifayətdir. Həmçinin qeyd edilir ki, Sunak Britaniya tarixində yeni parlamentə daxil edilməyən ilk baş nazir ola bilər ().
Mayın 22-də Böyük Britaniyanın baş naziri Sunak iyulun 4-də İcmalar Palatasına (Böyük Britaniya parlamentinin aşağı palatası) növbədənkənar seçkilər elan edib. İcmalar Palatası 650 deputatdan ibarətdir.
Sorğu 7-18 iyun tarixlərində 18 yaşdan yuxarı 18 min respondent arasında keçirilib.
Xuraman Etibarlı
İnterpress.az