“Threads” veb versiyasını istifadəyə verməyə hazırlaşırbackend

“Threads” veb versiyasını istifadəyə verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Threads” veb versiyasını istifadəyə verməyə hazırlaşır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sosial platformanın yeni veb versiyası yayımlanmağa hazırdır.

Yeni “Threads” veb versiyasının bizneslərin, korporativ hesabların, sponsorların və jurnalistlərin məzmununu təkmilləşdirməsi gözlənilir.

“The Wall Street Journal”a görə, “Threads”in veb versiyası bu həftə təqdim olunacaq.

Qeyd edək ki, “Threads” iyulun 5-də Android və iOS üçün mobil proqram olaraq istifadəyə verilib və cəmi beş gün ərzində 100 milyon istifadəçiyə çatıb.

Amma sonradan “Threads”in Android tətbiqinin gündəlik aktiv istifadəçi sayı 49,3 milyondan 10,3 milyona düşüb.