TikTok videosu faciə ilə BİTDİ: Qatar 17 yaşlı qızı vurub ÖLDÜRDÜ – FOTObackend

TikTok videosu faciə ilə BİTDİ: Qatar 17 yaşlı qızı vurub ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında video çəkən 17 yaşlı qız qatarın vurması nəticəsində həlak olub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində dəmir yolu stansiyasında yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

İki rəfiqə sosial şəbəkələr üçün maraqlı kadr çəkmək məqsədilə qatar yollarına həddindən artıq yaxınlaşıblar. Bu zaman yaxınlaşan qatarın yaratdığı güclü hava axını və birbaşa zərbə onları kənara atıb.

Hadisə nəticəsində 17 yaşlı Suzanna aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib, onun rəfiqəsi isə qolunun qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mərhumun dostları Suzannanı son dərəcə istedadlı və həyatsevər bir gənc kimi xatırlayır və hələ də faciəyə inana bilmirlər.

Faktla bağlı dəmir yolunda təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə rəsmi araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz