Toğrul Allahverdili: “Fransa Senatı beynəlxalq təşkilatlara hörmətsizlik nümayiş etdirir”backend

Toğrul Allahverdili: “Fransa Senatı beynəlxalq təşkilatlara hörmətsizlik nümayiş etdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş Minsk Qrupunda təmsil olunan Fransa artıq özünün əsl mahiyyətini üzə çıxarır”

“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə dünyada barbarlığa, vəhşiliyə, təcavüzkarlığa, işğala, soyqırımlara və qətliamlara haqq qazandırır”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

O vurğulayıb ki, Fransa Senatı bu kimi qətnamələri ilə təcavüzkarlığı və təcavüzkar Ermənistanı təbliğ etdiyinin fərqində deyil:

“Sanki, hazırda ermənilərlə erməni xislətlilər arasında yarış gedir. “Kim daha çox ermənidir” ödülü uğrunda başlanan yarışda biz azərbaycanlılar seçim arasında qalmışıq. Bundan əlavə, o sənəd əsası olmayan, heç bir hüquqi yükü olmayan bir kağız parçasıdır. Fransa Senatı bu qətnamə ilə həm də BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlara qarşı hörmətsizlik nümayiş etdirir. Həm də o təşkilatların nüfuzuna xələl gətirir. Artıq bütün dünya görür ki, bir zamanlar keçmiş Qarabağ münaqişəsinin həlli üçün guya çalışmış keçmiş Minsk Qrupunda təmsil olunan Fransa artıq özünün əsl mahiyyətini üzə çıxarır”.

İnterpress.az