Yaponiya BMT-nin yeni dünya xəritəsinə etiraz edib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Tokio BMT-nin yeni dünya xəritəsində Kuril adalarının Rusiya ərazisi ilə eyni rəngdə göstərilməsinə etiraz edib. Yaponiya hökuməti bunun ölkənin mövqeyinə uyğun olmadığını bildirərək xəritənin düzəldilməsini tələb edib.
Tokio adaların ərazi mənsubiyyəti ilə bağlı, onun fikrincə, yanlış təsəvvürlərin yayılmasının qarşısını almaq üçün BMT-yə etiraz göndərib.
Qeyd edək ki, BMT Baş Assambleyası ölkə və qitələrin ölçülərini daha dəqiq göstərmək üçün Equal Earth proyeksiyasından istifadə etməyi tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.az






